“Technest” Təqaüd Proqramı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə 2021-ci ildən start götürüb. “Technest” Təqaüd proqramının məqsədi informasiya texnologiyaları üzrə milli kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir. “Technest” – məktəblilər, tələbə və məzunlar üçün İKT sahəsində peşəkar və təqaüdlü təlimləri təmin edən təqaüd proqramıdır. Eyni zamanda sahibkarlıq təfəkkürü ilə çıxış edən və innovativ həllər təklif edən gənclərin gələcəkdə startaplar qurmasında önəmli rol oynayan əməkdaşlıq müstəvisidir. Yəni “Technest” Azərbaycan gəncliyi üçün açılmış yeni fürsətlər pəncərəsidir. "Technest” təqaüdçülərinin qabaqcıl mütəxəssislər kimi yetişdirilməsi və işlə təmin olunması əsas vəzifələrdən biridir.