
Bizə yazın
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industryş
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industryş
“Technest” təqaüd proqramı 2021-ci ilin oktyabr ayından Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin təşəbbüsü ilə İnnovasiyalar və Rəqəmsal İnkişaf agentliyinin nəzdində yaradılmışdır. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır. Proqram fəaliyyətinin ilk ili olan 2021-22 tədris ilində 700-dən çox gəncə təhsil üçün təqaüd ayırmışdır və onların gələcəyin peşəsinə yiyələnməyinə təkan vermişdir. Fəaliyyətinin ikinci ilində qarşıya qoyulan məqsəd təqaüdçü sayını 3000 nəfərə qaldırmaqdır. “Technest” təqaüd proqramı mütəxəssislərin hazırlanması məqsədilə İKT sahəsində ölkənin öndə gedən tədris mərkəzləri ilə əməkdaşlıq çərçivəsində ən tələbatlı İT kurslarına müsabiqə yolu ilə tələbə qəbulunu təşkil edir. Müsabiqə bir neçə mərhələdə həyata keçirilir: onlayn müraciət, tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və ən sonda müsahibə mərhələsi. Yalnız bütün mərhələləri uğurla keçmiş namizədlər təqaüddən yararlana bilərlər. Qəbul nəticəsinə əsasən 70%, 90% və 100% təqaüd təyin olunur. Təqaüdə müraciət üçün minimal yaş həddi tədris proqramından asılı olaraq dəyişir.
“Technest” klubun yaranma məqsədi təqaüdçülərdən ibarət cəmiyyətin formalaşdırılmasıdır. Yalnız təqaüd qazanmış və tədrisə başlayan namizədlər kluba üzv olaraq qəbul edilirlər. Klub fəaliyyəti təqaüdçüləri öz aralarında təcrübə və ideya mübadiləsi aparmağa stimullaşdırır. Müxtəlif təlimlər, seminarlar, şirkətlərin səlahiyyətli nümayəndələri ilə görüşlər təşkil edərək klub, təqaüdçülərin hərtərəfli inkişafına töhfə verir. Klub fəaliyyəti çərçivəsində həm də təqaüdçülərin asudə vaxtlarını səmərəli dəyərləndirmək məqsədilə vaxtaşırı piknik, ekskursiyalar, səfərlər və s. aktivlikləri də təşkil edir. Qarşıda duran ən vacib məqsədlərdən biri də odur ki, gələcəkdə klubun iştirakçıları arasından startup komandalar formalaşsın, gənclər birlikdə biznes ideyalarını reallaşdırsınlar.
Ən son xəbərlərimiz və təqaüd proqramları haqqında məlumat almaq üçün qoşulun.
İKT sahəsində fəaliyyət göstərən tədris mərkəzləri “Technest” təqaüd proqramına tərəfdaş qismində müraciət edə bilərlər. Seçim mərhələsində iştirak üçün onlayn şəkildə müraciət etmək mütləqdir.
“Technest” Təqaüd Proqramı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən həyata keçirilir. Bu proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə 2021-ci ildən start götürüb. “Technest” Təqaüd proqramının məqsədi informasiya texnologiyaları üzrə milli kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir. Proqram çərçivəsində 120 məktəbli, 700+ tələbə və məzun bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər bazası, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UI/UX” dizayn kimi müxtəlif istiqamətlər üzrə təhsil alırlar. 2022-ci ildə “Technest” təqaüdçülərinin qabaqcıl mütəxəssislər kimi yetişdirilməsi və işlə təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu istiqamətdə dövlət-özəl tərəfdaşlığı əsasında “Whelp” startapı ilə birgə təsis etdiyi “Code and More” təhsil layihəsi və nazirliyin “İKT Lab” Tətbiq və Tədris Mərkəzi ilə yanaşı ölkədə İKT üzrə peşəkar kurslar təşkil edən “Code Academy”, İsrail-Azərbaycan Təlim Mərkəzi, Tech Academy, “ABB Tech” Akademiyası və İnnovasiyalar Mərkəzi ilə yaxından əməkdaşlıq edir.
Təqaüd Technest proqramı tərəfindən 70% qarşılanır. Digər 30% isə göstərdiyiniz nəticəyə əsasən müəyyən olunur. Nəticəniz müəyyən olduqdan sonra 70%-80%-90%-100% - dək təqaüd qarşılanacaq.
Siz müraciət etdikdən sonra müraciətinizə təhsil tərəfdaşlarımız tərəfindən baxılır. Daha sonra təhsil tərəfdaşlarımız seçdiyiniz ixtisasa uyğun sizinlə imtahan və müsahibə keçirdirlər. Qəbul olan tələbələrə təhsil tərəfdaşlarımız tərəfindən məlumat göndərilir.
2022-ci il üçün prioritet istiqamətlərimiz aşağıdakılardır: "DevOps" mühəndisliyi ; "Frontend" proqramlaşdırma - "Backend" proqramlaşdırma ; UX&UI dizaynı ; 3D dizayn ; Mobil proqramlaşdırma ; Qrafik və veb dizayn ; Şəbəkə inzibatçılığı ; Bulud inzibatçılığı ; Kibertəhlükəsizlik ; Məhsul sahibliyi ; Proqramlaşdırma dilləri və s.
Aktiv proqramlar il ərzində tədris proqramlarının bitmə tarixindən asılı olaraq yenilənir. Uyğun proqram aktiv olduqda müraciət edərək qeydiyyatdan keçə bilərsiniz.
Tərəfdaşımız olan təhsil müəssisələrinin peşəkar müəllimləri tərəfindən tədris olunur.
Təhsil müddəti seçdiyiniz istiqamətə uyğun olaraq dəyişir.
Bəli, müraciət edə bilərsiniz.
Tələbə sayı müraciət etdiyiniz istiqamətə və tədris mərkəzinə uyğun olaraq dəyişir. Qruplarda tələbə sayı ən az 5 nəfər olmaqla ən çox 15 nəfər olaraq dəyişir.
“Uşaqlar üçün elektronika” dərsləri şagirdlər üçün nəzərdə tutulmuşdur.
Bəli, Azərbaycanın istənilən bölgəsindən müraciət edə bilərsiniz.
Tərəfdaş olmaq üçün bizə mail yazaraq müraciət etməyiniz kifayətdir.